ABŞ-ın Texas ştatının cənub-şərqində yerləşən Polk dairəsindəki fərdi evlərdən birində azı 5 nəfər qətlə yetirilib.

Bu barədə ştat polisi məlumat yayıb.

Bildirilir ki, kütləvi qətl barədə məlumat yerli vaxtla 10.32-də daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları bir neçə nəfərin odlu silahla qətlə yetirildiyini təsdiq ediblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

İstinadlar Report