ABŞ-ın Texas ştatı sahillərində siklon “İmelda” adı verilən tropik qasırğa səviyyəsinə çatıb.

Bu barədə Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzi (National Hurricane Center) məlumat yayıb.

Mövsümün on birinci siklonu çərşənbə axşamı günortadan sonra Texas sahillərinə yaxınlaşıb.

O, tropik qasırğa gücünə yiyələnib və saatda 11 kilometr sürətlə şimala doğru irəliləyir, küləyin ən yüksək gücü saatda 55 kilometrə çatır.

Son məlumatlara görə, fırtına Friport yaşayış məntəqəsindən 25 kilometr və Texas sahillərindəki Qalveston şəhərindən isə 90 kilometr məsafədədir.

İstinadlar Report