
ABŞ-ın elektriklə çalışan avtomobil istehsal edən şirkəti-“Tesla Motors” yeni modelini təqdim edib. Teslanın yeni “Model 3” avtomobilinin ilkin satış qiyməti 35 min dollardır.
6 saniyəyə 100 kilometr sürətə çatan “Model 3” yığdığı tam enerji ilə 215 kilometr məsafə qət edir. Yeni modeli digərlərindən fərqləndirən ən önəmli cəhət avtomatik pilot rejimidir.