Bu günə qədər “Tesla” şirkəti 3 milyon ədəddən çox avtomobil istehsal edib.

Bu barədə şirkətin rəhbəri Elon Mask özünün sosial şəbəkə hesabında yazıb.

E.Maskın sözlərinə görə, onun 1 milyonu Şanxaydakı zavodun payına düşür.

O həmçinin Şanxaydakı zavodda istehsal edilən 1 milyonuncu avtomobillə də bağlı paylaşım edib.

E.Mask hesab edir ki, istehsalın tələbdən çox olması bazarda problemlər yaradır.

Qeyd edək ki, Şanxaydakı zavod 2019-cu ildə yaradılıb və pandemiya və bir sıra başqa məhdudiyyətlərə baxmayaraq 3 ildə 1 milyon avtomobil istehsalını həyata keçirib.

İstinadlar Report