ABŞ-ın “Tesla” elektromobil şirkəti qabarit işıqlarındakı nasazlıqdan dolayı Çindən 435 mindən çox “Model 3” və “Model Y” avtomobillərini geri çağıracaq.

Bu barədə Şərqi Asiya ölkəsinin “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, avtomobillərin işə salınması zamanı proqram təminatındakı xətadan dolayı elektrik avtomobillərinin hər iki tərəfində arxa qabarit işıqlar işləməyə bilər. Bu, zəif görünmə şəraitində qəza riskini artırır.

İstinadlar Report