Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, 31 iyul tarixində 1 otlaq və 2 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb, nəticə etibarilə 14 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 2 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 6 000 kv.m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi – 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Cəmi :1 otlaq sahəsində, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb. (Report)