Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İrəvanlı kəndi ərazisində olub. Belə ki, “Ford Transit” markalı yük avtomobili ilə “VAZ-2106” markalı avtomobillərin toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Tural Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ölən və xəsarət alan digər şəxs Bərdə Mərkəzi Xəstəxanasına aparılıb.

İstinadlar Report