Fevral və mart aylarında Tərtər rayonu ərazisində avtomobillərdən oğurluq edilib.

DİN-dən “Qafqazinfo”ya bildirilib ki, məsələ barədə Rayon Polis Şöbəsinə məlumatlar daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iki avtomobildən kdə şübhəli bilinən rayon sakini Ruslan Bayramlı saxlanılıb.

Araşdırmalarla onun avtomobillərdən oğurluq edərək, vətəndaşlara 300 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Bundan əlavə, keçirilmiş digər əməliyyat tədbirləri ilə daha bir oğurluq əməli törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olan Tərtər rayon sakini İsmayıl Məmmədli tutularaq aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo