Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun rəhbər işçiləri, Qarabağ Seyid Ocaqları Birliyinin sədri, ilahiyatçı-alim Seyid Camal Əzimbəyli və “Yeni Üfiq” ictimai birliyinin sədri Sevinc Əzimbəyli ilə birlikdə N saylı hərbi hissədə olmuş, onlara bayram sovqatı aparıbar
Hərbçiləri Qurban bayramı münasibəti ilə təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov Ali Baş Komandan tərəfindən Milli orduya, cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıdan söhbət açmış, ölkə rəhbərinə qəhrəman tərtərlilər adından öz minnətdarlığını bildirib.
Sonra Qarabağ Seyid Ocaqları Birliyinin sədri Camal Əzimbəyli, “Yeni Üfiq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli, rayonun hərbi prokuroru Fuad Məmmədov, N saylı hərbi hissənin komandiri Qiyas Abbasov rayon prokuroru Azər Hətəmov, polis rəisi Rauf Məcidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Ruslan Quliyev çıxış edərək əsgər və zabitləri müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmiş, gənclərə öz tövsiyələrini veriblər.
Qonaqlar hərbçilərlə bayram süfrəsi arxasında əyləşmiş, sonra Azərbaycan Müdafiə Nazirliyinin hərbi Orkestirinin iştirakı ilə bayram konserti olmuşdur. Polkovnik Abdulla Qurbaninin təqdimatı ilə olan konsert proqramı hərbçilərdə vətənpərvərlik hisslərini gücləndirmiş, onların çıxışları böyük coşqu ilə qarşılanıb.
Azərbaycan24 sosial şəbəkələrdə