
Bu gün Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. “VAZ-2107″nin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.