Sentyabrın 19-na keçən gecə Xocavənd ərazisində erməni diversiya qrupunun törətdiyi mina partlayışında həlak olanlar polis əməkdaşlarından ikisi ilə vida mərasimi keçirilir.

1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu və 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlunun cənazəsi bu gün ailələrinin yaşadığı Sumqayıt şəhərinə gətirilib.

Onlar Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcəklər.

Nizam Rza

İstinadlar Qafqazinfo