Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf Departamentinin nümayəndə heyətinin iştirakı ilə “Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçılarına cari ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulan “Tərlan-2025” birgə PUA təliminin məqsəd və tapşırıqlarını özündə əks etdirən brifinq təqdim olunub.

Qeyd olunub ki, keçiriləcək birgə təlimdə əsas diqqət PUA-lardan istifadə olunmaqla əməliyyatların planlaşdırılması, icra və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və PUA əleyhinə müdafiənin gücləndirilməsinə yönəldiləcək.

İstinadlar Report