Ermənistanın birinci prezidenti və Ermənistan Milli Konqresi növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bu barədə ilur-am saytı məlumat yayıb. Sözügedən qərarın partiyanın idarə heyətinin iclasında qəbul edildiyi bildirilir.

Ter-Petrosyan EMK namizədlər siyahısına, partiyanın sədr müavini Levon Zurabyan isə seçki qərargahına rəhbərlik edəcək.

“Ermənistanda rasional siyasi düşüncə, cəsarət və xalqa qarşı dürüstlük qələbə qazanmalıdır. Yalnız buy olla tərəqqi yoluna başlamaq oalr”, – deyə partiyanın bəyanatında deyilir.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.