Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı özünün sözçüsü Arman Musinyanın diliylə “ruhi xəstə” adlandırıb. Ter-Petrosyanın sözçüsü belə dəyərləndirmə ilə Paşinyanın bu gün parlamentdəki çıxışına cavab olaraq çıxış edib. Paşinyan bildirmişdi  ki, Ter-Petrosyan ona 2018-ci ilin iyulundakı görüşləri zamanı “torpaqları qaytarmağın vaxtıdır” deyib.

“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan milləti məhv edən bəla-adamın ruhi çırpıntıları haqda danışmağı mənasız hesab edir”,-Musinyan bildirib.

Bu arada Ter-Petrosyanın koronavirusa yoluxduğu və hazırda müalicə olunduğu da açıqlanıb. Arman Musinyan bildirib ki, keçmiş prezidentin koronavirus testi bu günlərdə müsbət çıxıb.