Təqsirləndirilən şəxs barəsində 2 halda cinayət təqibi qiyabi icraat qaydasında aparılacaq.

Bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Məcəlləyə əlavə edilməsi təklif edilən LIV-II fəsil Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin barəsində aşağıdakı 2 halda cinayət təqibinin qiyabi icraat qaydasında aparılma imkanını nəzərdə tutur:

– Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndikdə;

– Azərbaycan ərazisindən kənarda olan təqsirləndirilən şəxs çağırışa gəlməkdən qəsdən boyun qaçırdıqda.

İstinadlar Report