“Sərəncama əsasən martın birindən təqaüd alan tələbələrin sayı 16 min nəfər artırılacaq”.Bu sözləri Təhsil naziri Ceyhun Bayramov prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu da tələbələrin sosial müdafiəsi, keyfiyyət göstəricilərin artması baxımından vacib addım hesab edilir: “Bütün təhsil pillələrində nəzərdə tutulmuş təqaüdlərdə orta hesabla 20 faizlik bir artım var. Bu artım 110 mindən artıq tələbə kontingentini əhatə edir. Artım məbləği 25 milyon manat maliyyə tutumunu təşkil edir”.