İyunun 28-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Əli Hüseynli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və digər rəsmi şəxslər qarşılayıblar.

 

İstinadlar Qafqazinfo