“Öhdəliklərində azyaşlı, əlil uşaqlar olan tənha anaların işə getmə vaxtı ilə uşaqların bağça, məktəb vaxtları üst-üstə düşür. Belə analar işə gecikir və bu, əlavə narazılıqlara gətirib çıxarır”.

Bu fikirləri İnsan hüquqları komitəsinin iclasında  millət vəkili Jalə Əhmədova deyib.

“Bununla bağlı müraciətlər olur, analar xahiş edir ki, məsələlər tənzimlənsin. Düşünürəm ki, belə analar heç olmas,a işə yarım saat gec gedə bilər və bu, nəzərə alınmalıdır”, – deyə deputat bildirib.

Zaur Mirzə

İstinadlar Qafqazinfo