İnsanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Polis şöbəsinə şikayət edən Astara rayon sakini Sadiq Mirzəyev Cavadaxan küçəsi, ev 17 ünvanının qarşısında mobil telefonunu özünü Qorxmaz kimi təqdim edən şəxsə müvəqqəti danışmaq məqsədilə verdiyini, lakin sonuncunun hadisə yerindən uzaqlaşıb bir daha geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildirib. Əməliyyat nəticəsində dələduzluq edənin Ağsu rayon sakini 1997-ci il təvəllüdlü Əsgərov Qorxmaz Mətləb oğlu olduğu müəyyən edilib və o, saxlanılıb. Sonuncu verdiyi izahatda qeyd edilən əməli törətdiyini səmimi etiraf edib. Saxlanılan şəxs barəsində təhqiqat araşdırmaları davam etdirilir

Qeyd edək ki, saxlanılan şəxsin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Qorxmaz Əsgərovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Nəsimi Rayon Polis İdaəsi və ya 19-cu Polis Şöbəsinə bu barədə məlumat verə bilərlər.

İstinadlar Qafqazinfo