Tələbə yataqxanalarının texniki-maliyyə əsaslandırma sənədi hazırlanacaq.
Təhsilin İnkişafı Forumu çərçivəsində BP şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında “Tələbə yataqxanalarının texniki-maliyyə əsaslandırma sənədi”nin hazırlanmasına dair əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli tərəfindən imzalanıb.