Bu il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.

Fonddan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə ümumilikdə 54 min manat xərclənib.

Belə ki, indiyədək 27 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb. Onlardan 17-si şəhid ailələrinin üzvü, 10-u isə qazidir.

İstinadlar Report