Təkmilləşdirilmiş “Honor MagicBook Pro” noutbuku “Intel” prosessoru ilə təchiz edilib

“Huawei” şirkətinin Çin konsorsiumuna satmağa hazırlaşdığı “Honor” brendi 16 düymlük “MagicBook Pro” noutbukunun təkmilləşdirilmiş modelini təqdim edib. Onun daha güclü versiyası 10-cu nəsil “Intel Core i5-10210U” prosessoru və “Nvidia GeForce MX350” diskret videokartı ilə təchiz edilib. Əvvəllər qurğu “AMD Ryzen” çipi və quraşdırılmış “Radeon” qrafik kartı ilə təklif edilib.

Məhsuldar proqram təminatına malik yenilənmiş noutbuk 1325 dollar dəyərində qiymətləndirilir. Onun dekabrın 4-dən etibarən satışa çıxarılacağı gözlənilir.

“MagicBook Pro i5” noutbuku “sRGB” rəng sahəsini 100 faiz əhatə edən 16,1 düym diaqonallı ekran, 1,6 giqahers (sürətləndirilmiş rejimdə 4,2 giqahers) takt tezlikli dördnüvəli “Core i5-10210U” prosessoru və 2 giqabaytlıq videoyaddaşa malik “GeForce MX350” qrafikası ilə təchiz edilib. Soyutma iki “Shark Fin 2.0” ventilyatoru tərəfindən həyata keçirilir.

Alüminium korpusun qalınlığı 16,9 millimetr, çəkisi 1,7 kiloqram təşkil edir. Akkumulyator tutumu 56 vatt saata bərabərdir. “AMD” çipinə malik modeldən fərqli olaraq “Intel” versiyası 65 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyir. “Honor” nümayəndələrinin sözlərinə görə, o, batareyanı 30 dəqiqəyə 50 faiz enerji ilə doldurmağa imkan verir.

Qoşulma üçün bir “USB-C” portu və üç “USB 3.0” (Type-A), “HDMI”, eləcə də qulaqcıq üçün 3,5 millimetrlik audioçıxış nəzərdə tutulub. Barmaq izi skaneri işəsalma düyməsinə quraşdırılıb.

Nizam Nuriyev

İstinadlar ict news
Təkmilləşdirilmiş "Honor MagicBook Pro" noutbuku "Intel" prosessoru ilə təchiz edilib

//www.azerbaycan24.com/abs-in-yeni-prezidenti-meksika-ile-divarin-insasini-dayandirdi/">ABŞ-ın yeni prezidenti Meksika ilə divarın inşasını dayandırdı
01:42 Demokratlar Senatda üstünlük qazandı
00:47 Bayden üç quruma müvəqqəti rəhbər təyin etdi
00:02 Britaniyada rekord göstərici
20/01/2021
23:32 Çin Pompeonun adını “qara siyahı”ya saldı
23:27 20 Yanvar faciəsi qurbanları Moldovada da yad edilib
23:22 Çin Pompeo və daha 27 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq etdi
22:27 Bayden inauqurasiya gününü “tarix, ümid və yenilənmə günü” adlandırdı
21:32 ABŞ-ın yeni prezidenti : “Demokratiya qalib gəldi”
21:07 Bayden and içərək prezident kimi fəaliyyətə başladı
20:54 ABŞ-ın ilk qadın vitse-prezidenti and içdi
20:52 “Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır”
20:37 Britaniyada gündəlik ölüm sayı rekord həddə çatıb
20:27 Tramp Baydenə məktub yazıb
20:22 Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqlayıb

Əvvəlki xəbərlər