Azərbaycanda təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin tanıdılmasına, onların əməkdaşlıq imkanlarının genişləndirilməsinə və bu yolla inkişafına dəstək veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası” İctimai Birliyinin tərəfdaşlığı, “Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası” (KOBSKA) İctimai Birliyinin və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə, “Gələcəyini inşa et!” devizi ilə Bakıda keçirilən təhsil sərgi-yarmarkasında – “BYF EduExpo 2022”-də məlumat verilib.

İstinadlar Report