Təhsil İnstitutuna yeni direktor təyin edilib.

Bu vəzifəyə Əliyev Elnur Qəzənfər oğlu təyinat alıb.

Qeyd edək ki, Elnur Əliyev buna qədər Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəlki direktor Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunduğundan vəzifəsindən azad edilib.

İstinadlar Qafqazinfo