İranın paytaxtı Tehranda metro stansiyasında qadınlar etiraz aksiyası keçiriblər.

Bu barədə sosial şəbəkədə video-görüntü yayılb.

Bildirilib ki, aksiya iştirakçıları “Qadın, Həyat, Azadlıq!” şüarı söyləyiblər.

Məlumata görə, Güney Azərbaycanın Savə şəhərində keçirilən etiraz aksiyası zamanı 15 yaşlı güney azərbaycanlı yeniyetmə Məhəmməd Zamani İranın hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

İstinadlar Report