Tehranda koronavirusun yayılması təhlükəsi ilə bağlı ictimai nəqliyyatda dezinfeksiya işləri görülür.

Avtobusların və metro qatarlarının dezinfeksiyası müəyyən saatlarda müxtəlif yerlərdə həyata keçirilir.

Bununla yanaşı, koronavirusa yoluxma hallarının aşkarlandığı Qum şəhərinə 400 min tibbi maska göndərilib.

Xatırladaq ki, koronavirusdan 2 nəfərin öldüyü İranda ötən gün daha 3 nəfərin yoluxduğu aşkar olunmuşdu.

İstinadlar Report