İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadə bu gün günorta saatlarında Tehranın şərqindəki Əbsərd şəhərində terror hücumu nəticəsində qətlə yetirilib.

Alimin olduğu avtomobil partladılıb, sonra isə pulemyot atəşinə tutulub. M.Fəxrizadə və avtomobildə olan daha bir nəfər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin dediyinə görə, partlayışdan sonra iki dəstə naməlum şəxslər avtomobili atəşə tutub, sonra da əks istiqamətlərdə uzaqlaşıblar. Həmçinin hadisə yerində 3-4 nəfərin öldüyü də bildirilir.

İstinadlar Report