Bayram günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. 

Bildirilib ki, 15-19 iyun tarixlərində təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 325 olub. Onlardan 1 092 nəfər hospitalizasiya olunub.

Çağırışların sayı ən çox 17.06.2024-cü ildə (çağırış sayı 2 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb.

Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

İstinadlar Qafqazinfo