Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Ə.Verdiyevi vurub.

Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


İstinadlar Qafqazinfo