İranın Şərqi Azərbaycan vilayətində 3,7 bal gücündə zəlzələ baş verib

Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 04:32-də qeydə alınan yeraltı təkanların episentri Təbriz şəhərindən 83 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

İstinadlar APA