Ötən il ABŞ-yə təbii fəlakətlərdən dəyən zərər 182,7 milyard dollar təşkil edib.

Bu barədə Milli Ətraf Mühit Məlumat mərkəzlərinin hesabatında bildirilir.

Bildirilir ki, 2024-cü ildə 27 hava və iqlim fəlakəti azı 1 milyard dollar zərərlə baş verib. Fəlakətlər təxminən 568 insan itkisi ilə nəticələnib ki, bu da son 45 ildə fəlakətlərin səkkizinci ən yüksək göstəricisidir. 2024-cü ilin təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılmasının dəyəri təxminən 182,7 milyard dollar təşkil edib.

İstinadlar Report