Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin 2025-ci ildə Budapeştdə keçirilməsini dəstəkləyir.

Bunu Prezident Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı bildirib.

“Biz artıq sizin təşəbbüsünüzü dəstəkləmişik və çox şadıq ki, qeyri-rəsmi Budapeşt sammiti TDT-yə sədrliymiz çərçivəsində keçiriləcək. Öz növbəmizdə, sədrlik edən tərəf kimi bu sammitin uğurla keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq”, – S.Japarov qeyd edib.

İstinadlar Report