“Şuşa təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət beşiyidir”.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Qismət Gözəlov Şuşada türkdilli ölkələrin beyin mərkəzlərinin növbədənkənar toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilib, bununla bağlı planlı işlər aparılır. Türk Dövlətləri Təşkilatında artıq Koordinasiya Şurası fəaliyyət göstərir. TÜRK PA, Türk Akademiyası, Beynəlxalq Türk İnkişaf Fondu kimi qardaş təşkilatlar 2023-cü ildə Şuşada həyata keçiriləcək tədbirlər planı hazırlayır”, – Q.Gözəlov bildirib.

İstinadlar Report