Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstanın xarici işlər naziri Murat Nurleu ilə görüşüb.

Bu barədə regional təşkilatın mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibi səfir Kubanıçbek Ömüraliyev 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. Tərəflər Təşkilatın Astanada keçirilmiş 10-cu Zirvəsinin yekunları ətrafında fikir mübadiləsi apararaq TDT-nin nəzdində qarşıdakı dövrdə həyata keçiriləcək işləri müzakirə ediblər”, – mətbuat xidməti diqqətə çatdırıb.

İstinadlar Report