“Şuşa haqqında gözəl sözlər eşitmişəm. Mədəniyyət baxımından çox zəngin şəhər olduğunu bilirik”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şuşada jurnalistlərə açıqlamasında deyib.

“Maraqlı gəlirdi və Şuşaya gəlmək bizə tam başqa həyəcan vermiş oldu. Gecə saatlarında gəldiyimizdən hələlik şəhəri gəzə bilməmişik, amma bu gün şəhərin gözəlliyini gözlərimizlə görmüş olacağıq. İndiyə qədər gördüklərimiz məni biraz təəssüfləndirdi. Çünki bir şəhərin sahibi bizik deyib buna inananlar, şəhəri bu günə qoya bilməzlər. Bunu ancaq işğalçı anlayışı ilə yaşayanlar edə bilərlər. Tək Şuşada deyil, bütün məkanlarda daş üstündə daş qalmayıb. Bu təxribatı ortadan qaldırmaq üçün sürətli tikinti-bərpa işlərinin getdiyinin də şahidi olduq. Bir neçə ay ərzində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması üçün hər şeyin hazır olacağına inanıram”, – TBMM sədri bildirib.

İstinadlar Report