Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Suriya üçün perspektiv prioriteti açıqlayıb.
O, bu barədə TBMM-in iclasında danışıb.
N.Kurtulmuş bildirib ki, bundan sonra əsas məsələlərdən biri ölkədə sabitliyin təmin olunmasıdır:
“Bunun üçün müxalif qruplar xalqın etimadını qazanmalıdır. Şübhəsiz, Türkiyənin əsas məqsədlərindən biri uzun illərdir ki, ölkəmizdə qonaq etdiyimiz mühacirlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etməkdir”.