ABŞ Rusiya ilə Ukrayna arasında sülh istəmir.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Hacattepe Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni beynəlxalq təhlükəsizlik sisteminə ehtiyac var: “Bu gün dünyanın müxtəlif regionlarında baş verən hadisələr bunu aydın göstərir. Texnikanın inkişafı beynəlxalq təhlükəsizlik sisteminə də təsir edib. Dünyada etimad mühitinin, sabitliyin formalaşmasına ehtiyac var. Bundan sonra isə təhlükəsizlik barədə düşünmək lazımdır”.