Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa İttifaqındakı bəzi ölkələri, ABŞ-ı narahat edir.

Bunu “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

O bildirib ki, bu gün Türkiyə də ikili standartlardan əziyyət çəkir: “Türkiyənin beynəlxalq aləmdəki gücü hər gün artır, apardığı siyasət uğurlar qazanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yürütdüyü uğurlu siyasətin son dərəcə önəmli olduğunu görürük. Təbii ki, bu da bir çoxlarını narahat edir. Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa İttifaqındakı bəzi ölkələri, ABŞ-ı narahat edir. Halbuki bu məsələdə narahat olunacaq nəsə yoxdur. Əksinə, sevinmək lazımdır. Çünki Ermənistan enerjisini iqtisadi inkişafına yönəltməlidir”.

F.Oktayın sözlərinə görə, münaqişədən heç kim qazanmır. Onun fikrincə, ən yaxşı müharibə ən pis sülh razılığından daha pisdir:

İstinadlar Report