Təbiətlə insanlar arasında münasibətlər kəskinləşdikcə, bəşəriyyət süni qidalara meyl etməyə başlayır.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin Milli Məclisdə keçirilən “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.

O qeyd edib ki, COVID-19 pandemiyası insanlarla təbiət arasındakı münasibətlərdə qırılma nöqtəsi olub:

“Xüsusilə də müasir dövrdəki iqlim dəyişikliyinin səbəbləri arasında insanlarla təbiət arasındakı münasibətlərin qeyri-sağlam olmasının böyük təsiri var. İnsanlar bunun nəticələrini hiss edirlər.

İstinadlar Report