Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunacaq.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə parlamentindən məlumat verilib.

Bildirilib ki, sərgidə soyqırımı zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlər nümayiş etdiriləcək.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və TBMM-in ev sahibliyi ilə baş tutacaq sərgidə qardaş ölkənin parlamentinin sədri Mustafa Şentop da iştirak edəcək.

İstinadlar Report