
Türkiyə Böyük Millət Məclisinin nəzdində Kartalkaya dağ-xizək kurortunda 78 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Bu barədə Türkiyənin “Anka” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, komissiyada parlamentdə təmsil olunan partiyalardan 22 deputat təsmil olunacaq.
Məlumata görə, komissiya gələn həftə keçiriləcək səsvermə zamanı deputatların seçilməsi yolu ilə formalaşacaq və üç ay fəaliyyət göstərəcək. Parlamentarilər hadisə yerində araşdırma və yoxlama apara biləcəklər.
Bundan əlavə, araşdırma ilə bağlı məlumat vermək üçün nazirlik və idarələrin nümayəndələrinin, rəhbərlərinin parlamentə dəvət ediləcəyi gözlənilir. Komissiyanın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyu da parlamentə çağıracağı gözlənilir. Çünki məhz onun rəhbərlik etdiyi nazirlik turizm obyektlərinin fəaliyyətinə cavabdehdir.