Gürcüstanın paytaxtı Tbilisidə hökumətin Avropa İttifaqına inteqrasiya ilə bağlı qərarına qarşı keçirilən etiraz aksiyası zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.

Bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib.

“Etirazçılar tərəfindən polisə qarşı amansız zorakılıq olub, onlar molotov kokteyli və pirotexniki vasitələrdən istifadə ediblər”, – deyə siyasətçi vurğulayıb.

O, 30 polisin cərrahi müdaxiləyə ehtiyacı olduğuna bildirib.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlayıb.

İstinadlar Qafqazinfo