Tbilisidə, Pirosmani küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın baş verib.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Əraziyə yeddi yanğınsöndürən maşın cəlb olunub. YDM-də yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alanların YDM əməkdaşları olduğu bildirilir.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

İstinadlar Report