Müxalifət partiyalarının liderləri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları Tbilisidə parlament binası yaxınlığında oktyabrın 26-da keçirilən parlament seçkilərinə qarşı mitinq keçirirlər.

Bu haqda TASS məlumat yayıb.

Parlamentin qarşısındakı meydanda müxalifət liderlərinin çıxış etməyi və gələcəklə bağlı planlarını açıqlamağı planlaşdırdıqları səhnə qurulub.

Mitinqdən əvvəl müxalifət nümayəndələri Tbilisidə dəmiryol vağzalının binasından parlamentə doğru yürüş təşkil ediblər.

İstinadlar Qafqazinfo