Tbilisidəki ictimai nəqliyyat və təhsil müəssisələrinin fəaliyyəti bu ilin 1 mart tarixindən etibarən bərpa ediləcək.

Bu barədə Gürcüstan Baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bu gün keçirdiyi brifinqdə məlumat verib.

“Martın 1-dən etibarən məktəblərin və bələdiyyə nəqliyyatının fəaliyyətinin bərpası planlaşdırılır. Şəhərlərdəki bütün açıq və qapalı bazarlar 15 fevraldan açılacaq”,-deyə Tskitişvili qeyd edib.

Eyni zamanda, Kutaisi və Rustavi şəhərlərində də məhdudiyyətlərin ləğv ediləcəyi bildirilib.

Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində isə ictimai nəqliyyat, məktəblər, mağazalar və ticarət mərkəzlərinin fəaliyyəti fevralın 1-dən bərpa olunacaq.

İstinadlar Qafqazinfo