“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə yenidən təqdim edilməsinə görə Tbilisidə etiraz aksiyası davam edir.

Ötən günlərə nəzərən bu gün aksiya dinc şəraitdə keçir.

Hələ ki polislə etirazçılar arasında heç bir qarşıdurma yaşanmayıb.

Əvvəlki günlərdən fərqli olaraq, bu gün parlamentin birbaşa ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur.

Daxili İşlər Nazirliyinin müxtəlif idarələrinin nümayəndələri parlamentin ətrafındakı küçələrə səfərbər olunsa da, onlar xüsusi avtobuslarda yerləşdirilib.

İstinadlar Report