Tbilisidə Gürcüstanın hakim partiyasının respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına etiraz aksiyası başlayıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, insanlar hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin qarşısına toplaşıblar.

Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd olunur ki, etiraz aksiyaları Kutaisi və Batumidə də keçirilir.

İstinadlar Qafqazinfo