Tbilisidə Azərbaycan Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə açıq havada kiçik konsert proqramı təqdim olunub.

Muzeyin əməkdaşı Leyla Əliyeva öncə Milli Musiqi Gününün tarixindən bəhs edib. O, bu gün Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümünün tamam olduğunu bildirib. L.Əliyeva dahi bəstəkarın zəngin yaradıcılığından və Azərbaycan milli musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıb.

Onun sözlərinə görə, pandemiya səbəbindən builki tədbir fərqli formatda və məhdud qonaq sayı ilə təşkil olunub.

İstinadlar Report