Oktyabrın 18-də Gürcüstanın paytaxtı Tbilisinin əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Aksiya Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təşkil olunub.

Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.


İstinadlar Qafqazinfo