Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin məhkəməsinin keçirilməli olduğu Tbilisi Şəhər Məhkəməsi yaxınlığında etiraz aksiyası keçirilir.

Aksiya zamanı iştirakçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb.

Bir neçə iştirakçı mühafizə postunun üzərinə çıxıb. Bu zaman əllərində Gürcüstan, Ukrayna və ABŞ bayraqları tutan iki nəfər tikilinin damına çıxıb və aşağı enməkdən imtina edib. Onlar daha sonra tikilinin üstündən enəndə polislə qarşıdurma başlayıb.

Polis aksiya iştirakçılarına qarşı bibər qazından istifadə edib.

Hazırda məhkəmə binasının qarşısında M.Saakaşvilinin yüzlərlə tərəfdaşı var. Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri təhlükəsizliyi təmin etmək üçün həmin əraziyə cəlb olunublar. Məhkəmə prosesinin başlaması isə gecikir.

İstinadlar Qafqazinfo